CƏMİYYƏT
TGT-lərin nəzdində sağlamlıq klubları yaradılır
Bakı, 29 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə “TGT-lərdə Sağlamlıq Klublarının Yaradılması” layihəsinə start verilib.
ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, “TGT-lərdə Sağlamlıq Klublarının Yaradılması” layihəsinin məqsədi tələbələrə ilkin sağlamlıq vərdişlərinin öyrədilməsi, ümumən tələbələrin tibbi biliklərinin yüksəldilməsidir.
Qeyd olunub ki, ilkin olaraq layihə çərçivəsində 10 ali təhsil müəssisəsində sağlamlıq klubları yaradılacaq və həmin təhsil müəssisələrinin tələbələrinə sağlamlıq haqqında təlimlər keçiriləcək.
Tələbələrə sağlamlıq haqqında informasiyanın interaktiv çatdırılması üçün məlumatlar disklər və kitabçalar şəklində toplanıb.
Layihə çərçivəsində ilk olaraq Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri üçün sağlamlıq haqqında təlimlər keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]