İQTİSADİYYAT
TİKİNTİ İŞLƏRİNİN HƏCMİ ARTMIŞDIR
Bu ilin 11 ayı ərzində Azərbaycanda 3,621 trilyon manatlıq tikinti işləri aparılmışdır ki, bu da ötən ilki göstəricidən 65,4 faiz çoxdur.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, bu dövr ərzində tikinti işlərinin 77,9 faizi yeni binaların, 13,3 faizi əsaslı təmirin, 3,9 faizi cari təmirin, 4,9 faizi isə sairə işlərin payına düşmüşdür. Görülən işlərin 69,7 faizi özəl tikintinin payına düşür. Bütün maliyyələşdirmə mənbələri hesabına ümumi sahəsi 663,4 min kvadratmetr olan yaşayış sahəsi inşa edilmişdir ki, bu da 2002-ci ilin müvafiq göstəricisindən 23,5 faiz artıqdır.
Bu il noyabrın 1-i üçün fəaliyyət göstərən tikinti müəssisələrində təxminən 42,4 min adam çalışır. Onların orta aylıq nominal əmək haqqı 763,5 min manatdır ki, bu da ötən ilin göstəricisindən 38,8 faiz çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:03]
“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]