İQTİSADİYYAT


TPAO Azərbaycandakı layihələrə 10 milyard dollardan çox investisiya yatırıb

Bakı, 19 dekabr, Nihad Budaqov, AZƏRTAC 

“Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinin Azərbaycandakı layihələrə investisiyası 10 milyard dolları keçib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Türkiye Petrolleri Anonim Ortaklığı” şirkətinin baş direktoru Besim Şişman deyib.

O bildirib ki, “Türkiye Petrolleri Anonim Ortaklığı” şirkəti xarici ölkələrə ən çox investisiya yatıran türk şirkətidir: “Lakin TPAO xarici investisiyalarını azaltmaq niyyətindədir. Yatırımlarımızın davamlılığı üçün əlavə layihələrə investisiyaların həcmini azaltmışıq”.

Qeyd edək ki, TPAO “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrində 19 faizlik, Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsində 6,8 faizlik, “BTC Ko.”da isə 6,53 faizlik paya sahibdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.