DÜNYA
TPAO bu il neft və təbii qaz hasilatını 35,8 milyon barrel neft ekvivalenti nəzərdə tutur
Bakı, 29 aprel, Nihad Budaqov, AZƏRTAC
“Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti bu il neft və təbii qaz hasilatını 35,8 milyon barrel neft ekvivalenti nəzərdə tutur.
AZƏRTAC xəbər verir ki, bu barədə TPAO-nun baş direktoru Besim Şişman məlumat verib. O bildirib ki, şirkət bu il 35,8 milyon barrel neft ekvivalentində neft və təbii qaz hasil etməyi planlaşdırır. TPAO cari ildə Türkiyə və xaricdə 2 milyard 162 milyon 424 min dollarlıq investisiya qoyuluşu həyata keçirəcək.
B.Şişman bildirib ki, TPAO 2015-ci ildə 36 milyon barreldən çox neft və təbii qaz hasil edib. Şirkətin ötən il Türkiyədəki ümumi investisiyası 888 milyon 640 min dollar, xaricdə isə 1 milyard 628 milyon 499 min dollar olub.
Qeyd edək ki, TPAO “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrində 19 faizlik, Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsində 6,8 faizlik, “BTC Ko.”da isə 6,53 faizlik paya sahibdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:26]
İstanbulda torpaq sürüşməsi baş verib
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]