İQTİSADİYYAT


TPAO-ya Siirt və Batmanda neft əməliyyatları üçün verilən lisenziya uzadılıb

A+ A

Bakı, 29 noyabr, Nihad Budaqov, AZƏRTAC

“Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinə Türkiyənin Siirt və Batman şəhərlərində neft əməliyyatları üçün verilən lisenziya uzadılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin Neft İşləri İdarəsi TPAO-ya verilən lisenziyanı 10 il müddətinə uzadıb.

Qeyd edək ki, TPAO “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrində 19 faizlik, Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsində 6,8 faizlik, “BTC Ko.”da isə 6,53 faizlik paya sahibdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.