DÜNYA


TPP üzrə razılaşma qüvvəyə minərsə, Çin 88 milyard dollar ziyana düşəcək

A+ A

Tokio, 17 noyabr, AZƏRTAC

ABŞ Konqresi işçi qrupu üzvlərinin rəyinə görə, əgər Trans-Sakit Okean Tərəfdaşlığı (TPP) üzrə müqavilə qüvvəyə minməsə və Asiyada azad ticarət barədə Çinin təklif etdiyi layihə həyata keçərsə, bu ölkənin iqtisadiyyatı sürətlə inkişaf edəcək.

NHK televiziya kanalının yaydığı məlumata görə, ABŞ-Çin iqtisadi və təhlükəsizlik komissiyası noyabrın 16-da illik hesabatını dərc edib.

Sənəddə deyilir ki, əgər TPP üzrə müqavilə imzalanmasa və Hərtərəfli Regional İqtisadi Tərəfdaşlıq işə başlasa, Çin iqtisadiyyatı əlavə 88 milyard dollar qazanacaq. Hazırda Çin və Yaponiya daxil olmaqla Cənub-Şərqi Asiyanın 16 dövləti Hərtərəfli Regional İqtisadi Tərəfdaşlıq barədə danışıqlar aparırlar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.