REGİONLAR
TQDK-nın sədri Hacıqabul rayonunda vətəndaşları qəbul edəcək
Bakı, 24 noyabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə dekabrın 4-də saat 11:00-da Hacıqabul rayonundakı Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, qəbulda Hacıqabul, Şirvan, Saatlı, Sabirabad, Salyan və Neftçala rayonlarının sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.
Görüşdə iştirak etmək istəyən vətəndaşlar TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Şirvan regional bölməsinə (Ünvan: Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 19. İnzibati bina. Tel: (021 21) 5-15-23) müraciət etməlidirlər. Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Hacıqabul, Saatlı, Sabirabad, Salyan və Neftçala rayon təhsil şöbələrinin rəhbərliyinə müraciət edə bilərlər.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.