CƏMİYYƏT


TQDK tərəfindən yaradılan Apelyasiya Komissiyasına 10 müraciət daxil olub

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

İyulun 18-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən I və IV ixtisas qrupları üzrə cari ilin məzunları üçün keçirilən qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün yaradılan Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) bu gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərib.

TQDK-dan AZƏRTAC-a bildiriblər ki, həmin müddətdə komissiyaya 10 müraciət daxil olub. Bütün müraciətlərə ekspertlər tərəfindən ətraflı cavab verilib. Ekspertlərin izahı abituriyentlər üçün qaneedici olub və bununla bağlı hər bir abituriyentlə müvafiq akt imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.