CƏMİYYƏT


TQDK tərəfindən yaradılan Apelyasiya Komissiyasına 15 müraciət daxil olub

A+ A

Bakı, 25 iyul, AZƏRTAC

İyulun 25-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) II və III ixtisas qrupları üzrə cari ilin məzunları üçün keçirdiyi qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.

TQDK-dan AZƏRTAC-a bildiriblər ki, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərib. Qeyd olunan müddətdə komissiyaya 15 müraciət daxil olub. Bütün müraciətlərə ekspertlər tərəfindən ətraflı cavab verilib. Ekspertlərin izahı abituriyentlər üçün qaneedici olub və bununla bağlı hər bir abituriyentlə müvafiq akt imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.