CƏMİYYƏT


TQDK xüsusi ümumtəhsil müəssisələrinə dərs vəsaitləri hədiyyə edib

A+ A

Bakı, 27 iyul, AZƏRTAC

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinin nəzdində fəaliyyət göstərən xüsusi ümumtəhsil müəssisələrinə 300 elmi-metodik dərs vəsaiti hədiyyə edilib.

TQDK-dan AZƏRTAC-a bildiriblər ki, xüsusi ümumtəhsil müəssisələrində təhsil alan şagirdlər təqdim olunan vəsaitlərdən imtahanlara hazırlaşmaq, dərsliklərdəki mövzulara aid test tapşırıqlarını həll etmək, biliklərini yoxlamaq və möhkəmləndirmək məqsədilə istifadə edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.