CƏMİYYƏT


TÜİB Alxanlı kəndində baş vermiş erməni təxribatı ilə bağlı bəyanat yayıb

Bakı, 10 iyul, AZƏRTAC

“Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi” (TÜİB) Füzuli rayonunun Alxanlı kəndində baş vermiş erməni təxribatı ilə bağlı bəyanat yayıb.

Bu barədə TÜİB-dən AZƏRTAC-a verilən məlumatda bildirilir.

Bəyanatda deyilir ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarında növbəti təxribatı

nəticəsində dinc sakinlərin - 3 yaşlı körpə Zəhranın və onun nənəsinin qətli Ermənistanın Azərbaycana və onun xalqına qarşı uzun illərdən bəri apardığı soyqırımı siyasətinin bir hissəsidir.

Artıq 25 ildən çoxdur ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20 faizdən çoxu Ermənistan tərəfindən işğal edilib, milyonlarla azərbaycanlı qardaş-bacılarımız öz ev-eşik və torpaqlarını itirərək, öz vətənlərində məcburi qaçqın həyatı yaşayırlar. Münaqişə nəticəsində Azərbaycan iqtisadiyyatına böyük məbləğdə zərər dəyib.

Təəssüfləndirici haldır ki, bütün bunlar dünya ictimaiyyətinin, planetimizdə sülh və sabitliyi qorumalı olan beynəlxalq birliyin, təşkilatların və iri dövlətlərin gözü qarşısında baş verir. Belə təşkilatların ədalətli qərarları və tələbləri isə Ermənistan tərəfindən qulaqardına vurulur.

Bütün bunlara baxmayaraq, qardaş Azərbaycan xalqı və dövləti torpaqlarının işğalı ilə barışmır və haqq işini davam etdirir.

Sıralarında Azərbaycanda çalışan türk iş adamlarını birləşdirən “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi” nin bəzi üzvləri artıq 20 ilə yaxındır ki, Azərbaycanda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və möhkəmlənməsinə töhfə verirlər. Bu dövrdə Azərbaycan bizim ikinci Ana Vətənimizə çevrilib. Böyük öndər, müasir Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün sözləri ilə desək “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”.

İndi də baş verənləri – Ermənistanın bu xain və təxribat əməllərini şiddətlə qınayır və Azərbaycana dəstəyimizi bəyan edirik. TÜİB olaraq həlak olan qardaş-bacılarımızın yaxınlarına Allahdan rəhmət diləyir, yaralananların tezliklə sağalmasını arzulayırıq. Həmişə olduğu kimi, bu gün də Azərbaycan xalqının yanında və onun bir hissəsiyik.

Ötən ilin aprelindəki döyüşlərdə Azərbaycan ordusunun rəşadəti ilə torpaqların bir hissəsinin – Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ermənilərdən azad edilməsi və orada yeni həyatın başlanması üçün aparılan işləri böyük sevinclə izləyirik.

Əminik ki, Azərbaycanın haqq işi uğrunda apardığı mücadilə uğurla başa çatacaq. Şəhidlərimizin intiqamı alınacaq, işğal olunmuş torpaqlarımız azad ediləcək, qardaş-bacılarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.