DÜNYA
TÜRKİYƏNİN TBİLİSİDƏKİ KEÇMİŞ SƏFİRİ GÜRCÜSTANIN “ŞƏRƏF” ORDENİNƏ LAYİQ GÖRÜLMÜŞDÜR
Hazırda Türkiyənin Avstriyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışan Mithət Balkan bu günlərdə Tbilisidə olmuş və Gürcüstan Prezidenti Eduard Şevarnadze ona layiq görüldüyü yüksək mükafatı – “Şərəf” ordenini təqdim etmişdir.
Türkiyə diplomatı yüksək mükafata Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrinin gerçəkləşdirilməsində şəxsi səyləri və xidmətlərinə görə layiq görülmüşdür. Bu layihələr üzərində iş gedərkən o, Türkiyənin maliyyə naziri vəzifəsində işləyirdi.
Gürcüstan Prezidenti Mithət Balkanı ölkənin yüksək dövlət mükafatı ilə təltif olunması münasibətilə təbrik etmiş, ona diplomatik fəaliyyətində uğur diləmişdir.
M.Balkan yüksək mükafata görə təşəkkür etmiş, qonşu və dost ölkə ilə əməkdaşlığın möhkəmlənməsi işinə köməyini bundan sonra da əsirgəməyəcəyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]