Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

TÜRKİYƏ RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB RƏCƏB TAYYİB ƏRDOĞANA

Hörmətli cənab Baş nazir,

Türkiyə Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Türkiyə arasında münasibətlərə böyük əhəmiyyət verirəm. Bu münasibətlər xalqlarımızın dərin tarixi kökləri olan, əsrlərin sınağından çıxmış dostluğundan, qarşılıqlı etibarından və etimadından qaynaqlanır.

Əminəm ki, yüksək vəzifədə fəaliyyətiniz dövründə dost və qardaş ölkələrimizin əməkdaşlığı bütün sahələrdə inkişaf edərək xalqlarımızın rifahına, regionumuzda sülhün, sabitliyin bərqərar olmasına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkiyə naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 mart 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin