SİYASƏT
TÜRKİYƏ SİLAHLI QÜVVƏLƏRİ GÜNÜ MÜNASİBƏTİLƏ
30-da Avropa otelində Türkiyə Respublikasının Azərbaycandakı səfirliyi adından Zəfər bayramı – Türkiyə Silahlı Qüvvələri günü münasibətilə rəsmi qəbul təşkil olunmuşdur.
Rəsmi qəbulda Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirildi.
Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin hərbi attaşesi Ümid Kalendər və Azərbaycanın müdafiə naziri Səfər Əbiyev rəsmi qəbulda çıxış etdilər.
Mərasimdə Azərbaycan Milli Məclisinin sədri Murtuz Ələsgərov, Milli Məclisin sədrinin müavini Ziyafət Əsgərov, Azərbaycan Parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı İlham Əliyev və digər rəsmi şəxslər iştirak edirdilər.