MƏDƏNİYYƏT
TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 33-cü toplantısı başa çatıb
Bakı, 29 noyabr, AZƏRTAC
Türkmənistanın Marı şəhərində keçirilən TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 33-cü toplantısı başa çatıb. Toplantıda Azərbaycanı mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, toplantıya konsert proqramı ilə yekun vurulub. Türk incəsənət ustalarının ifalarının dinlənildiyi konsertdə iştirak edən Azərbaycan muğam üçlüyünün çıxışı böyük maraqla qarşılanıb. Azərbaycanın Əməkdar Artisti Nuriyyə Hüseynova TÜRKSOY-un xüsusi mükafatına layiq görülüb.
Tədbirin sonunda Şəki şəhərinin 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasını bildirən rəmzi nişan nümayəndə heyətinin rəhbəri Vaqif Əliyevə təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:06]
“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub
- 19.04.2024 [15:52]
Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...
- 19.04.2024 [15:37]
Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş
- 19.04.2024 [14:28]
Naxçıvanda “Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edib
- 19.04.2024 [12:52]
“Cırtdan” balacaları Şuşa Teatrında qarşılayacaq
- 19.04.2024 [11:41]
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov
- 19.04.2024 [11:31]