RƏSMİ SƏNƏDLƏR


TÜRKSOY-un baş katibi Düsen Kaseinovdan

A+ A

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

TÜRKSOY-un baş katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi 55 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Zati-alinizin yürütdüyü uzaqgörən və müdrik siyasət nəticəsində Azərbaycan Respublikası regionda və bütün dünyada sabitliyin və tərəqqinin önəmli amilinə çevrilmiş, multikulturalizmin və tolerantlığın mərkəzlərindən biri olmuşdur.

“Şəki-2016” Türk dünyasının mədəniyyət paytaxtı ilinin uğurla başa çatdırılması, TÜRKSOY-un Daimi Şurasının Şəkidə keçirilmiş 34-cü toplantısının qərarı ilə 2017-ci ilin Türk dünyasında “Molla Pənah Vaqif ili” elan edilməsi Azərbaycan ilə TÜRKSOY arasında olan sıx əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etməsinin bariz nümunələridir.

Bu xoş fürsətdən istifadə edərək, TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirdiyinizə və dəstəklədiyinizə görə Sizə dərin təşəkkürlərimi bildirir, bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram.

 

Ən dərin hörmət və ehtiramla,

Düsen Kaseinov

TÜRKSOY-un baş katibi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır