Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

TÜRKSOY-un baş katibi Düsen Kaseinovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizi və qardaş Azərbaycan xalqını TÜRKSOY-un baş katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Yaradılmasının 99-cu ildönümünü qeyd etdiyimiz Azərbaycan Respublikası Zati-alinizin müdrik və məqsədyönlü siyasəti nəticəsində türk dünyasının öndə irəliləyən ölkəsi olaraq dünyanın siyasi, iqtisadi, mədəni və idman mərkəzlərindən birinə çevrilmişdir.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı Zati-alinizin TÜRKSOY-a dəstəyini, Azərbaycan Respublikası ilə sıx əlaqələri, onun ümumtürk mədəniyyətinin təbliğində rolunu yüksək qiymətləndirir. Əmin ola bilərsiniz ki, TÜRKSOY üzv ölkələr arasında qarşılıqlı əməkdaşlığı gücləndirmək, ortaq dəyərlərimizi dünyada təbliğ etmək üçün səylərini davam etdirəcəkdir.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına sülh, tərəqqi və rifah diləyir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Dərin hörmətlə,

Düsen Kaseinov

TÜRKSOY-un baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin