İQTİSADİYYAT


“TUV Austria” Azərbaycan şirkətləri üçün təqdimat keçirib

Bakı, 11 may, AZƏRTAC

"TUV Austria" şirkəti ilə Azərbaycan şirkətləri üçün təqdimat edib. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən 20 şirkətin nümayəndəsi iştirak edib.

AZPROMO-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə "TUV Austria" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri şirkət haqqında təqdimatla çıxış edib və iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, sertifikatlaşdırma sahəsində ixtisaslaşan "TUV Austria" beynəlxalq şirkəti 1872-ci ildə yaradılıb və dünyanın 40-dan çox ölkəsində fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.