DÜNYA
Tacikistan “OMON”unun komandiri İŞİD qruplaşmasına qoşulub
Bakı, 28 may, AZƏRTAC
Tacikistan xüsusi təyinatlılarının bir ay əvvəl yoxa çıxmış komandiri, milis polkovniki Gülmurod Halimov İŞİD qruplaşmasının tərəfinə keçib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu, onun sosial şəbəkələrdə yayılmış video-müraciətindən bəlli olub. Videoda polkovnik “silahdaşlarının” əhatəsində görünür. Tacikistanın xüsusi xidmət orqanlarındakı məlumatlı mənbə də elit milis dəstəsi komandirinin İŞİD-ə qoşulduğunu və Suriyada olduğunu təsdiqləyib.
Qırx yaşlı polkovnik üç il idi ki, xüsusi təyinatlı dəstəyə rəhbərlik edirdi və dəfələrlə dövlət mükafatları ilə təltif olunmuşdu. G.Halimov səkkiz uşaq atasıdır.
Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, İŞİD-in və xaricdəki digər terrorçu qruplaşmaların tərkibində respublikanın 400-a yaxın vətəndaşı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]