SİYASƏT


Tacikistan Prezidenti MDB Daxili İşlər Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul edib

Düşənbə, 28 iyun, AZƏRTAC

Tacikistan Prezidenti Emoməli Rəhmon Müstəqil Dövlətlər Birliyi (MDB) Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Düşənbəyə gələn nazirləri qəbul edib.

Azərbaycanın daxili işlər naziri Ramil Usubov da görüşdə iştirak edib.

Görüşdə MDB ölkələri arasında müvafiq sahədə əlaqələrin dərinləşdirilməsi, regional və beynəlxalq təhlükəsizliyin təmini, terrorizmə, ekstremizmə, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, narkotiklərin qeyri-qanunu dövriyyəsinin, vətəndaşların ekstremist qruplaşmalara cəlb edilməsinin qarşısının alınması və digər məsələlər müzakirə olunub.

Bildirilib ki, qloballaşma dövründə MDB ölkələrinin müvafiq strukturlarının kənar təhlükələrin qarşısının alınması və belə qüvvələrə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində fəaliyyətinin əlaqələndirilməsi vacibdir.

Görüşdə MDB ölkələri arasında əməkdaşlığın inkişafı ilə bağlı digər məsələlər də diqqət mərkəzində olub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.