DÜNYA


Tacikistan Prezidentinə “Müstəqil Tacikistanın banisi” statusu verilib

A+ A

Düşənbə, 26 oktyabr, AZƏRTAC

Tacikistan parlamentinin bu gün keçirilən iclasında ölkə Prezidenti Emoməli Rəhmona “Müstəqil Tacikistanın banisi” statusu verilib.

Xatırladaq ki, Tacikistan Prezidenti “Sülhün və milli bərabərliyin banisi - Millətin Lideri” statusunu da alıb.

Bununla bağlı qəbul edilən Qanunda bildirilir ki, Tacikistanda Millətin Liderinin Fondu yaradılır, Liderin Ordeni və Liderin Mükafatı təsis edilir.

Emoməli Rəhmonun anadan olduğu Danqar rayonunda Millətin Liderinin muzeyi və kitabxanası, Düşənbədə isə arxivi yaradılacaq.

Qanunda qeyd edilir ki, prezidentlik müddəti başa çatdıqdan sonra Millətin Lideri istədiyi vaxt xalqa müraciət edə, dövlət tədbirlərinə qatıla və çıxış edə bilər.

Emoməli Rəhmon təqaüdə çıxdıqdan sonra Millətin Liderinə və onun yaxın qohumlarına da toxunulmazlıq hüququ verilir, onları saxlamaq, həbs etmək, evlərində axtarış aparmaq qadağan edilir. Həmin şəxslərə yüksək təqaüd verilir, onlar digər sosial güzəştlərlə təmin olunur, bütün xərcləri dövlət büdcəsindən ödənilir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.