Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

Hörmətli İlham Heydər oğlu,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq məndə böyük məmnunluq hissi doğurur.

Dəqiq siyasi kurs və sabit iqtisadi yüksəliş sayəsində bu gün Azərbaycan dinamik inkişaf edən, tərəqqi və quruculuq yolu ilə inamla irəliləyən ölkənin təcəssümünə çevrilib.

Ölkələrimizi tarixi dostluq əlaqələri və qarşılıqlı hörmət hissləri bağlayır. Biz Tacikistan-Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığının bütün istiqamətlər üzrə perspektivlərinə nikbinliklə baxırıq və onun zəngin potensialını həyata keçirmək üçün hər cür səy göstərməyə hazırıq.

Əminəm ki, biz ölkələrimizin çiçəklənməsi və xalqlarımızın rifahı naminə münasibətlərimizə birgə səylərlə daha çox dinamizm və praktiki məqsədyönlülük verə bilərik.

Hörmətli İlham Heydər oğlu, bu təntənəli gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə böyük uğurlar, dost Azərbaycan xalqına isə sülh və tərəqqi arzu edirəm.

Hörmətlə,

Emoməli Rəhmon

Tacikistan Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin