DÜNYA


Tacikistan Senatının üzvləri ilk dəfə olaraq xalqa sədaqət andı içiblər

A+ A

Düşənbə, 8 noyabr, AZƏRTAC

Noyabrın 8-də Tacikistan parlamenti Senatının üzvləri ilk dəfə olaraq xalqa sədaqət andı içiblər.

Tacikistanda bu il mayın 22-də keçirilən referenduma belə bir maddə salınmışdı ki, parlamentin hər iki palatasının üzvləri seçildikdən sonra xalq, hökumətin üzvləri isə prezident qarşısında and içməlidirlər.

Andın mətnində deyilir ki, Senatın üzvləri üçün xalqın və dövlətin maraqları hər şeydən üstün olacaq, qanunların hazırlanmasında, qəbulunda şərəflə və vicdanla iştirak edəcək, Konstitusiyaya, qanunlara əməl edəcəklər. Onlar öz bilik və bacarıqlarını ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə və milli birliyin möhkəmləndirilməsinə sərf edəcək, insan hüquq və azadlıqlarının təminatçısı olacaqlar.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.