DÜNYA
Tacikistan ilə Rusiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Tacikistanda səfərdə olub.
Tacikistan prezidenti mətbuat xidmətinin verdiyi məlumata görə, N.Patruşevin prezident Emoməli Rəhmonla görüşündə ikitərəfli və təhlükəsizlik sahəsində çoxtərəfli əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Söhbətdə Əfqanıstanda sülhün və sabitliyin bərpası, ölkədə yeni prezident seçildikdən sonra hadisələrin indiki vəziyyəti və inkişafı diqqət mərkəzində olub.
Görüşdə terrorizm, ekstremizm, narkotik maddələrin qeyri-qanuni dövriyyəsi, informasiya təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi, regionda və dünyada təhlükəsizliyin qorunması və digər məsələlər müzakirə edilib.
Səfər çərçivəsində N.Patruşev Tacikistan Təhlükəsizlik Şurasının katibi Abduraxim Kaxarovla da görüşüb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]