DÜNYA
Tacikistanda İsveçrə Fondunun 5 əməkdaşı həlak olub
Bakı, 30 iyun, AZƏRTAC
İyunun 30-da Tacikistanın cənub-şərqindəki dağ yolunda baş verən yol nəqliyyat hadisəsi nəticəsində minaların zərərsizləşdirilməsi üzrə İsveçrə Fondunun (FSD) 5 əməkdaşı həyatını itirib.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, içərisində fondun əməkdaşları olan “Toyota” avtomobili 35 metr hündürlükdən Əfqanıstanla sərhəddəki Pənc çayına düşüb. Qəzaya uğrayan avtomobildəki 7 nəfərdən ikisini xilas etmək mümkün olub, digərləri isə avtomobillə birgə suyun dibinə gedib. Hazırda 2 nəfərin cəsədi tapılıb, digər üç nəfərin cəsədlərinin axtarışı isə davam edir.
Qeyd edək ki, İsveçrə Fondu 2003-cü ildən etibarən minaların zərərsizləşdirilməsi üzrə Tacikistanda fəaliyyət göstərən yeganə operatordur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [21:30]
Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]