DÜNYA


Tacikistanda baş verən ardıcıl zəlzələlər nəticəsində 30 ev və məktəb dağılıb

A+ A

Düşənbə, 5 iyul, AZƏRTAC 

Son bir neçə gündə Tacikistanın şərqində baş verən ardıcıl zəlzələlər nəticəsində 30 ev və məktəb dağılıb, bir çox ev zədələnib. Həlak olan yoxdur.

Bu haqda Tacikistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Rəşt rayonunda dağıdıcı təkan 5-6 bal gücündə olub.

Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Hökumət Komissiyası yaradılıb.

Dağılan ev və məktəblərin tikilməsi, zədələnən evlərin təmiri ilə bağlı iş aparılır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.