DÜNYA


Tacikistanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 17 nəfər yaralanıb

A+ A

Düşənbə, 11 iyul, AZƏRTAC

Tacikistanın Xatlon vilayətində, Kurqan Tübe-Sarband magistral yolunun üzərindəki yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində bir nəfər həlak olub, 17 nəfər yaralanıb.

Bu barədə Tacikistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, partlayışa məntəqədəki “Dulan” markalı avtomobildə baş verən yanğın səbəb olub. Yaralananların bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.