DÜNYA


Tacikistanda yaxın qohumlar arasında nikah bağlanması qadağan edilib

A+ A

Düşənbə, 1 iyul, AZƏRTAC 

Tacikistan qanunvericiliyində dəyişiklik edildikdən sonra yaxın qohumlar arasında nikah bağlanması iyulun 1-dən qadağan edilib. Evlənmək istəyən gənclər məcburi qaydada pulsuz tibbi müayinədən keçməli, qan analizi verməlidirlər. Vətəndaşlıq vəziyyəti aktlarını qeyd edən şöbə tibbi arayışı olmayan cütlüyü qeydə almayacaq.

Tacikistanın səhiyyə və sosial müdafiə naziri Nasrullo Salimzoda jurnalistlərə bildirib ki, 2015-ci ildə Tacikistanda 30 mindən artıq əlil uşaq qeydə alınıb. Bu uşaqların əksəriyyəti yaxın qohumlar arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlardır.

Yeni qaydalara görə, başqa dövlətlərdə çalışan əmək miqrantları da Vətənə qayıtdıqdan sonra məcburi qaydada tibbi müayinədən keçməlidirlər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.