DÜNYA


Tacikistandan və Özbəkistandan gedib Əfqanıstanda “Taliban” qruplaşmasına qoşulan səkkiz terrorçu öldürülüb

A+ A

Daşkənd, 29 sentyabr, AZƏRTAC 

Əfqanıstanın Bədəxşan əyalətində Tacikistandan və Özbəkistandan gedib bu ölkədəki “Taliban” radikal hərəkatına qoşulan səkkiz terrorçu öldürülüb, doqquz nəfər yaralanıb. Dörd nəfər isə Əfqanıstan təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən yaxalanıb.

Öldürülənlərin üçü Tacikistandan, beşi isə Özbəkistandan gedənlərdir.

Təhlükəsizlik qüvvələri bir neçə gündür ki, ölkənin Curm, Yamqan və Vardudc dairələrinin terrorçulardan təmizlənməsi istiqamətində əməliyyat aparır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.