SİYASƏT


Tacikistanın “Xovar” agentliyi: Üç gün ərzində Azərbaycan nüfuzlu media tədbirlərinə ev sahibliyi edəcək

A+ A

Düşənbə, 16 noyabr, AZƏRTAC

Tacikistanın “Xovar” agentliyi Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə noyabrın 16-da Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimi haqqında tacik və rus dillərində material yerləşdirib.

Agentlik xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində nitq söyləyib. Dövlət başçısı deyib ki, bu tədbiri media tərəfindən ölkəmizin nailiyyətlərinə verilən qiymət kimi qəbul edirik. Müstəqilliyimizin 25 ili göstərir ki, biz ölkədə mətbuat azadlığını, bir çox azadlıqları təmin etmişik.

Bildirilir ki, noyabrın 16-dan başlayaraq üç gün ərzində Azərbaycan nüfuzlu media tədbirlərinə ev sahibliyi edəcək. Konqresin “Xəbər agentlikləri üçün yeni çağırışlar” devizi altında keçirilən sessiyalarında “Xəbər istehlakının gələcəyi”, “Xəbər agentlikləri – yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları”, “Xəbər agentliklərinin innovasiyası”, “Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi”, “Jurnalistlərin missiyasının qorunması: azadlıq, çıxış imkanı, təhlükəsizlik və münaqişə zonaları” kimi aktual mövzularda diskussiyalar aparılacaq.

“Xovar” agentliyi Bakıda keçirilmiş MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclası haqqında da informasiya yayıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.