DÜNYA
Tacikistanın əlamətdar yubiley tarixləri UNESCO-nun tarixi günlər siyahısına daxil edilib
Düşənbə, 25 noyabr, AZƏRTAC
Tacikistanın Xarici İşlər Nazirliyinin məlumatına görə, ölkə həyatının əlamətdar yubiley tarixləri UNESCO-nun tarixi günlər siyahısına daxil edilib.
Məlumatda bildirilir ki, UNESCO-nun üzvü olan dövlətlərin yubiley tarixlərinin bayram kimi qeyd edilməsi bu nüfuzlu təşkilatın uğurlu proqramlarından biridir.
UNESCO Baş Konfransının 38-ci sessiyasının qətnaməsinə əsasən, tacik mütəfəkkiri və alimi Xakim Termezinin 1250 illiyinin, tacik xoreoqrafiya sənətinin banisi Qaffar Valamatzadənin 100 illiyinin keçirilməsi UNESCO-nun 2016-2017-ci illər üçün tarixi günlər siyahısına daxil edilib.
Filosof və həkim Zəkəriyyə Rozinin 1150 illiyinin qeyd olunması təklifini isə Tacikistan və İran birgə verib və bu da tarixi günlər siyahısına salınıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]