ELM VƏ TƏHSİL


Tacikistanlı qonaqlar Azərbaycan xalçaları ilə maraqlanıblar

Bakı, 5 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Tacikistan Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib.

ADMİU-dan AZƏRTAC-a bildirilib ki, universitetin beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru Gülşən Əliyeva, rəssamlıq fakültəsinin dekanı Afət Aslanova qonaqlara dizayn və dekorativ-tətbiqi sənət kafedrasında tədris olunan xalçaçı rəssam və qobelen üzrə rəssam ixtisasları haqqında ətraflı məlumat veriblər.

Tacikistan nümayəndə heyəti Azərbaycan xalçaları, mədəniyyəti və tələbələrin kurs, diplom işləri ilə yaxından tanış olub.

Görüşdə Tacikistanın sənaye və yeni texnologiyalar nazirinin müavini Mavlüda Kiromova Atakulova, “Çaşma” Elmi İstehsalat Birliyinin müdiri Sanovbar İmomnazarova, BMT-nin Sənaye İnkişafı Təşkilatı layihəsinin toxuculuq üzrə milli eksperti Abdukaxor Xamdamov və başqaları iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.