İDMAN


Taekvando üzrə Qran-pri yarışının finalında iştirak edəcək Azərbaycan komandasının heyətində dəyişiklik olub

Bakı, 7 dekabr, AZƏRTAC

Dekabrın 9-10-da Bakıda keçiriləcək taekvando üzrə Qran-pri yarışının final mərhələsində qadınlardan ibarət Azərbaycan yığma komandasının heyətində dəyişiklik olub. Komandanın üzvlərindən Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) ölkəmizi turnirdə qadınların mübarizəsində təmsil edə bilməyəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Taekvando Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev deyib.

Vitse-prezident qeyd edib ki, hər iki idmançının yarışda iştirak etməsi gözlənilirdi. Lakin həkimlərin son rəyinə əsasən, P.Abakarovanın ayaq, F.Əzizovanın isə bel nahiyəsində zədələrin tam sağalmadığı aşkarlanıb və nəticədə onların turnirdə iştirak etməsi məqbul sayılmayıb.

Beləliklə, Qran-pri yarışının finalında qadın taekvandoçularımızdan ölkəmizi yalnız Yaprak Eriş (57 kq) təmsil edəcək.

Komandalararası dünya çempionatında isə heyətdə dəyişiklik olmayıb. Ölkəmiz çempionata Safiye Polat (49 kq), Zeyvi Kərimova və Gülhanım Yeşildal (hər ikisi 57 kq), Yaprak Eriş (62 kq), Melissa Paqnotta (67 kq) və Reşmiye Ooginkdan (73 kq) ibarət heyətlə qatılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.