İDMAN
Taekvando üzrə respublika çempionatında 365 idmançı mübarizə aparır
Bakı, 17 yanvar, AZƏRTAC
Azərbaycan Taekvando Federasiyasının (ATF), Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sərhədçi” Olimpiya İdman Mərkəzində gənclər arasında respublika birinciliyi start götürüb.
AZƏRTAC xəbər verir ki, 2000-2002-ci il təvəllüdlü taekvandoçular arasında keçirilən yarışda 10 çəki dərəcəsində 300 oğlan və 65 qız mübarizə aparır.
Yarışda Bakıda və bölgələrdə fəaliyyət göstərən komandalar təmsil olunurlar. Turnirin birinci günündə oğlanların yarışında 45, 55, 78, qızların mübarizəsində isə 42 kiloqram çəki dərəcələrində yarışlar keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [14:22]
“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb
- 19.03.2024 [13:08]
“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb
- 19.03.2024 [13:01]
Fransalı tennisçi oyun zamanı huşunu itirib
- 19.03.2024 [13:00]
Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb
- 19.03.2024 [12:05]
Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər
- 18.03.2024 [22:40]
Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub
- 18.03.2024 [21:29]
Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub
- 18.03.2024 [20:47]