İDMAN


Taekvandoçularımız Fəridə Əzizova və Milad Beigi Hərçəqani ilk görüşlərində qalib gəliblər

Bakı, 17 may, AZƏRTAC

Mayın 17-də Bakı İdman Sarayında keçirilən taekvando yarışlarında qadınların mübarizəsində 67 kiloqram çəki dərəcəsində çıxış edən Fəridə Əzizova iranlı Parisa Cavadikouçaksarael ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, birinci Avropa Oyunlarının, dünya və Avropa çempionatlarının mükafatçısı, "Bakı-2017"nin idmançı səfiri rəqibinə 10:4 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

Yarışlarda kişilər arasında 80 kiloqram çəki dərəcəsində mübarizə aparan taekvandoçumuz XXXI Yay Olimpiya Oyunlarının bürünc medalçısı, ilk Avropa Oyunlarının çempionu Milad Beigi Hərçəqani isə Maced Almabruk (Səudiyyə Ərəbistanı) ilə qarşılaşıb. Rəqibini böyük üstünlüklə - 21:2 hesabı ilə məğlub edən idmançımız növbəti mərhələyə vəsiqə qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.