İDMAN


Taekvondo üzrə Azərbaycan yığmasının Olimpiadada iştirak edəcəyi tarix məlum olub

A+ A

Bakı, 20 iyul, AZƏRTAC 

Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarının taekvondo yarışları avqustun 17-də başlayacaq və 20-də başa çatacaq. Olimpiadada ölkəmiz ilk dəfə olaraq dörd idmançı - iki kişi və iki qadın taekvondoçu ilə təmsil ediləcək. Taekvondo üzrə Azərbaycan yığması birinci Avropa Oyunlarında, sonuncu dünya və Avropa çempionatlarında, dünya kuboku yarışlarında uğurla çıxış edib. Çalışacağıq ki, Olimpiya Oyunlarında da medal qazanaq və nəticələrimizlə xalqımızı sevindirək.

AZƏRTAC xəbər verir ki, bu sözləri taekvondo üzrə kişilərdən ibarət Azərbaycan yığma komandasının böyük məşqçisi Elnur Amanov Olimpiya Oyunlarına hazırlıq haqqında danışarkən deyib.

Azərbaycan dövlətimizin, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə yarışlara ciddi hazırlaşdıqlarını bildirən Elnur Amanov məşqlərin hələ də davam etdiyini vurğulayıb.

Dünya və Avropa çempionu, birincisi Avropa Oyunlarının qalibi Radik İsayev isə Olimpiadaya hazırlıq barədə danışarkən bildirib ki, bütün yarışların zirvəsi olan Olimpiya Oyunlarının daha çətin və gərgin olmasına baxmayaraq, hər şey plan üzrə gedir və Rioda nəticə qazanmağa səy göstərəcəyik.

Olimpiadada kişi idmançılarımızdan Milad Beigi Hərçəqani və Radik İsayev, qadın taekvondoçularımızdan isə Fəridə Əzizova ilə Patimat Abakarova qalib adı uğrunda mübarizə aparacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.