İDMAN
Taekvondo üzrə Azərbaycanın milli komandası Misirdə iki turnirdə qüvvəsini sınayacaq
Bakı, 27 fevral, AZƏRTAC
Taekvondo üzrə kişilərdən ibarət milli komandamız fevralın 27-dən martın 1-dək Misirdə təşkil ediləcək G2 kateqoriyalı “Luxor Open”ə turnirində mübarizə aparacaq.
Azərbaycan Taekvondo Federasiyasından (ATF) AZƏRTAC-a bildiriblər ki, millimiz yarışda 11 taekvondoçu ilə təmsil olunacaq.
Turnir başa çatandan sonra millimiz daha bir beynəlxalq yarışda iştirak edəcək. Kişilərdən ibarət komandamız martın 6-7-də Qətərin paytaxtı Dohada keçiriləcək “Qatar Open” turnirində də eyni heyətlə mübarizəyə qatılacaq. Komandanın baş məşqçisi Reza Mehmandoust və böyük məşqçi Elnur Amanov heyətdə Natiq Abdullayev (54 kg), Mikayıl Əliyev (58 kg), Maqomedyasin İbraqimov (58 kg), Məhəmməd Məmmədov (63 kg), Kamil Abdulrazakov (63 kg), Ayxan Tağızadə (68kg), Fariz Əliyev (68 kg), Səid Quliyev (74 kg), Elvin Məmmədov (74 kg), Radik İsayev (87 kg), Ceyhun Həsənliyə (87 kg-dan yuxarı) şans verəcək.
ATF-nin vitse-prezidentləri Nağı Səfərov və Niyammədin Paşayevin rəhbərliyi ilə yarışlara qatılacaq taekvondoçularımız martın 8-də Vətənə qayıdacaqlar.