İDMAN


Taekvondo üzrə yeniyetmələr arasında zona yarışları keçiriləcək

A+ A

Bakı, 8 oktyabr, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Taekvondo Federasiyasının (ATF) birgə təşkilatçılığı ilə yeniyetmələrin X Respublika Oyunlarının proqramında yer alan taekvondo üzrə zona yarışları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, yarışlar taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədi daşıyır.

Yarış 2003-cü, 2004-cü və 2005-ci il təvəllüdlü yeniyetmələr arasında təşkil ediləcək. Turnirdə müxtəlif zona və bölgələrdə, o cümlədən Bakıda, Sabirabadda, Göyçayda, Balakəndə fəaliyyət göstərən taekvondo bölmələrinin yeniyetmə oğlan və qız idmançıları on çəki dərəcəsində qüvvələrini sınayacaqlar. Bu mərhələdə fərqlənmiş idmançılar noyabrın 26-dan 29-dək Tovuzda təşkil ediləcək final yarışlarında mübarizə aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.