İQTİSADİYYAT


Tahir Budaqov: Əhalinin siyahıyaalınması üzrə məlumatlar Azərbaycanın perspektivlərinin müəyyən edilməsində aktual mənbə olacaq

Bakı, 31 may, AZƏRTAC 

Əhalinin siyahıyaalınması nəticəsində əldə edilən məlumatlar həm Azərbaycanın, həm də regionun gələcək perspektivlərinin müəyyən edilməsi üçün aktual mənbə kimi istifadə olunacaq.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının sədri, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

“2017-ci ildə MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının sədrliyi Azərbaycana keçib. BMT tərəfindən elan olunan MDB dövlətlərində əhalinin siyahıyaalınmasının 2020-ci il raunduna hazırlıq məsələləri və siyahıyaalma ilə bağlı sorğu vərəqələrinin hazırlanması bu günün Şuranın aktual məsələlərinə daxil edilib. Siyahıyaalma nəticəsində əldə edilən məlumatlar həm Azərbaycanın, həm də regionun gələcək perspektivlərinin müəyyən edilməsi üçün aktual mənbə kimi istifadə olunacaq”, - deyə Tahir Budaqov əlavə edib.

MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının sədri qeyd edib ki, Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycanda əhalinin siyahıyaalınmasının müddəti müəyyən olunub və bu proses 2019-cu il oktyabrın 1-dən 10-dək keçiriləcək. Siyahıyaalma vərəqələrinin hazırlanması və MDB məkanı ölkələrində ümumi yanaşmalar, eləcə də ölkələr arasında müqayisə aparmaq və Dayanıqlı İnkişaf Məqsədlərinin ölçülməsi üçün müəyyən məlumatların əldə edilməsi üzrə bəzi məsələlər bu günün əsas müzakirə mövzusudur. Hazırda ən aktual məsələlərdən biri də miqrasiya prosesləridir. Avropa bu gün çox böyük miqrasiya axını ilə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.