SİYASƏT


Tahir Mirkişili: ATƏT münaqişələri yaradan səbəblərə daha çox resurs cəlb etməlidir

Minsk, 6 iyul, AZƏRTAC

ATƏT münaqişələrin nəticələrindən çox, onu yaradan səbəblərə daha çox resurslar cəlb etməlidir.

AZƏRTAC-ın məlumatına görə, bu fikri Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin sədr müavini Tahir Mirkişili iyulun 6-da Minskdə ATƏT PA-nın demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə daimi komitəsinin iclasında çıxışı zamanı deyib.

T.Mirkişili bildirib ki, son 30 ildə ATƏT bölgəsində münaqişələrin sayı və xarakteri artıb. ATƏT sənədlərində münaqişələrin nəticələrindən daha çox onu yaradan səbəblərə resurslar cəlb etməlidir.

“Yaxşı olardı ki, ATƏT PA-nın bütün qətnamə layihələrində bu alətlərin işlənib hazırlanmasına başlanılsın və buna daha çox resurs ayrılsın. Bu məsələdə Azərbaycan nümayəndə heyəti öz töhfəsini verməyə hazırdır. Əks halda ATƏT regionunda artan münaqişələrin nəticələrinin aradan qaldırılmasına kifayət qədər resurs tapılmayacaq”,- deyə T.Mirkişili vurğulayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.