DÜNYA


Tailand krala bir il yas saxlayacaq

A+ A

Bakı, 14 oktyabr, AZƏRTAC

Tailandda 88 yaşlı kral Bhumibol Adulyadejin ölümü ilə bağlı bir illik matəm elan olunub.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, matəmlə əlaqədar bir ay boyunca bütün dövlət bayraqları endiriləcək. Dövlət işçiləri bir il ərzində yalnız qara paltar geyinəcək. Həmçinin oktyabrın 14-ü ölkədə qeyri-iş günü elan edilib. Matəm əlaməti olaraq, televiziyalar proqramları ağ-qara təsvirlə yayımlayır, qəzetlər isə rəngli səhifələr çap etmir.

Buddist ənənəsinə görə kralın dəfn mərasimi il ərzində keçirilə bilər.

Adulyadejin hakimiyyəti dövründə Tailandda 20-dən çox Baş nazir dəyişib və elə bir o qədər də dövlət çevrilişi baş verib.

Kralın ölümündən sonra taxta onun oğlu çıxıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.