DÜNYA


Tailanda ƏDV dərəcəsini 14 faizədək artırmaq tövsiyə edilib

Bakı, 8 iyul, AZƏRTAC

Beynəlxalq Valyuta Fondunun (BVF) Tailand üzrə hesabatında bildirilib ki, dövlətin yaxşı təşkil edilmiş əlavə dəyər vergisi (ƏDV) sistemi mövcuddur. Bununla belə, ƏDV-nin dərəcəsi dünya üzrə ən aşağı səviyyədədir. Bunu nəzərə alaraq, BVF hökumətə ƏDV dərəcəsini ikiqat artırmağı - 7 faizdən 14 faizə qaldırmağı tövsiyə edib.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, BVF-nin məlumatına əsasən, bu addımın atılması hökumətə ümumi daxili məhsulda verginin payını 0,6 faiz qaldırmağa kömək edə bilər. Fond hesab edir ki, hökumət əhalinin sosial baxımdan zəif müdafiə olunan təbəqəsinin mənafeyi naminə ƏDV-nin artırılmasının nəticələrini yumşaltmaq üçün müvafiq tədbirlər görməlidir.

Bu baxımdan, vergi dərəcəsinin artırılması ilə paralel olaraq, kompleks vergi güzəştləri də hazırlanmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.