DÜNYA


Tailandda bambukdan otel tikilib

Bakı, 20 dekabr, AZƏRTAC 

Tailandda yaşıllıqlara qərq olunmuş otel kompleksi qapılarını qonaqların üzünə açıb.

AZƏRTAC “novate.ru” saytına istinadla bildirir ki, “Space Architects” və “Pisud Design” şirkətlərinin layihəsi ilə tikilən kompleks əsl cənnəti xatırladır. Kurort 4 hissəyə bölünüb və hər birində villalar xüsusi üslubda inşa edilib.

Maraqlıdır ki, bəzi villalar ağacda quraşdırılıb və sanki quş yuvasını xatırladır. Onların tikintisində isə bambuk materialından istifadə olunub.

Hər villa özünəməxsus interyerə malikdir və onların hər birində açıq hovuz var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.