DÜNYA


Tailandda daşqın qurbanlarının sayı 90 nəfərə çatıb

Bakı, 27 yanvar, AZƏRTAC

Tailandın cənubunda yanvar ayının əvvəlindən başlayaraq davam edən daşqınlar nəticəsində həlak olanların sayı 90 nəfərə çatıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, daşqınlara ilin bu mövsümündə region uçun qeyri-xarakterik yağışlı hava səbəb olub. Xilasedicilərin məlumatına əsasən, təbii fəlakətdən 12 cənub əyalətinin ərazisində yaşayan 1,8 milyon insan zərər çəkib.

Yanvarın 26-da Baş nazir Prayut Çan-Oça daşqınların baş verdiyi regiona səfər edərək zərər çəkənlərə hərtərəfli yardımın göstərilməsi barədə tapşırıq verib.

Daşqınların ölkəyə təxminən 100 milyard bat (2,8 milyard dollar) zərər vurduğu bildirilir. Düyü əkilmiş böyük sahələr, həmçinin yüzlərlə fabrik və zavod su altında qalıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.