DÜNYA


Tailandda sərnişin avtobusu uçuruma yuvarlanıb

A+ A

Bakı, 22 noyabr, AZƏRTAC

Tailandın dağlıq Uttaradit əyalətində şəhərlərarası reys avtobusunun uçuruma yuvarlanması nəticəsində 17 nəfər həlak olub, azı 20 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, ölkənin üçüncü milli telekanalının yaydığı məlumata görə, qəza bu gün səhər saatlarında baş verib. Pxredən Banqkoka gedən avtobusda 40-dan çox sərnişin olub. Hələlik aydınlaşmayan səbəbdən avtobus yoldan çıxaraq 150 metr dərinliyi olan uçuruma düşüb.

Fövqəladə hallar xidməti yaralılara hadisə yerində yardım göstərir. Xəsarət alanların bir hissəsi isə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.