DÜNYA


Tailanddakı kurortda baş verən partlayışlar nəticəsində həlak olanlar var

A+ A

Tokio, 12 avqust, AZƏRTAC.

Tailandın tanınmış Hua Hin kurortunda baş verən iki partlayış nəticəsində üç nəfər həlak olub. Tərkibində əsasən əcnəbilərin olduğu 35 nəfərin yaralandığı da bildirilir.

Yaponiyanın NHK televiziya kanalının yaydığı məlumata əsasən, partlayışlar Tailandın mərkəzi hissəsində, Banqkokun cənubunda yerləşən sahil kurortundakı əyləncə sahəsində avqustun 11-də yerli vaxtla gecə saat 23 radələrində törədilib.

Partlayışların əsasən əcnəbilərə qarşı törədildiyi bildirilir. Həmin rayonda əcnəbi turistlər arasında populyarlığı ilə seçilən restoranlar və barlar yerləşir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.