DÜNYA


Tailandın Kralı vəfat edib

A+ A

Bakı, 13 oktyabr, AZƏRTAC 

Tailandın Kralı Bhumibol Adulyadej 88 yaşında dünyasını dəyişib. Bu barədə Tailandın dövlət telekanalı məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 70 il hakimiyyətdə olan kralın ölüm xəbəri Banqkok xəstəxanasının qarşısına toplanmış insanlar tərəfindən göz yaşları ilə qarşılanıb. Hökumət və parlament oktyabrın 13-ü axşam saatlarına fövqəladə iclas təyin edib.

Ölkənin baş naziri Prayut Çan-Oça televiziya ilə xalqa müraciət edərək həmyerlilərini ay ərzində bütün əyləncəli tədbirlərdən çəkinməyə çağırıb.

Həkimlərin nəzarətində olan monarxın səhhətinin pisləşməsi ilə bağlı məlumatı kral sarayı oktyabrın 9-da yaymışdı. Hemodializdən sonra həkimlər kralın qəfil düşən qan təzyiqini qaldırmaq üçün xüsusi preparatlardan istifadə etməli olublar. Həmçinin xəstəni ağ ciyərlərin süni ventilyasiyasını təmin edən cihaza qoşublar. Həmin vaxtdan etibarən kralının vəziyyəti qeyri-stabil xarakterizə olunurdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.