REGİONLAR


Talassemiyadan əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası

A+ A

Naftalan, 11 iyul, Rauf Hacıyev, AZƏRTAC

İyulun 11-də Naftalan Şəhər Xəstəxanasında Səhiyyə Nazirliyi, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankının təşəbbüsü ilə talassemiyadan əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiyaya idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq mühafizə orqanlarının əməkdaşları, eləcə də şəhər sakinləri qoşulublar.

Səhər saatlarından başlanan aksiyada donorların sağlamlıq vəziyyəti yoxlanılıb, 60 nəfərdən qan nümunəsi götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.