CƏMİYYƏT
Talassemiyalı xəstələr üçün qanvermə aksiyası keçirilib
Bakı, 24 noyabr, AZƏRTAC
Veysəloğlu Şirkətlər Qrupu “Qan ver-xilas et!” adlı qanvermə aksiyası keçirib.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, aksiyanın məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara və bədbəxt hadisələr nəticəsində xəsarət almış insanlara təmənnasız yardım etməkdən ibarət idi. Könüllülük prinsipi əsasında keçirilən aksiyada 300 nəfərdən çox şirkət əməkdaşı donor qismində iştirak edib.
Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hazırda dünyada 300 milyona yaxın insan bu xəstəlikdən əziyyət çəkir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]