İDMAN


Tale Heydərov: Ronaldinyonun adını daşıyacaq akademiya gənclərdə futbola marağı artıracaq

A+ A

Bakı, 20 oktyabr, Elşad Qəzvini, AZƏRTAC

Bir müddətdir Ronaldinyonun Bakıya səfərini planlaşdırırdıq. Lakin onun Bakıya gəlişi yalnız indi mümkün oldu. Biz bu səfərin reallaşmasına görə çox şadıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri dünya futbolunun ulduzu Ronaldinyonun şərəfinə oktyabrın 20-də Bakıda təşkil edilən mətbuat konfransında “Qəbələ” futbol klubunun prezidenti Tale Heydərov deyib.

Klub prezidenti bildirib: “Qəbələdə bir neçə ildir futbol akademiyası fəaliyyət göstərir. Amma yeni akademiya Bakıda fəaliyyət göstərəcək. Ümid edirik ki, Ronaldinyonun adını daşıyacaq akademiya gənclərdə futbola marağı daha da artıracaq. Ronaldinyo şəxsi heyəti ilə akademiyanın fəlsəfəsini quracaq, onun inkişafında şəxsən iştirak edəcək. Akademiyanın harada yerləşəcəyi hələ məlum deyil. Bu barədə danışıqlar gedir və yer yaxın zamanlarda müəyyənləşəcək. Bu layihə ilə bağlı bizə dəstəyinə görə AFFA-ya da təşəkkür edirik”.

“Ronaldinyo ən çox sevdiyim futbolçulardan biridir”, - deyən T.Heydərov məşhur idmançının danışıqlar prosesində layihəyə maraq göstərdiyini vurğulayıb. “Onun akademiyasının bir neçə ölkədə fəaliyyət göstərməsi barədə məlumatlıyıq. “Qəbələ” klubunun uşaq futboluna göstərdiyi diqqəti nəzərə alaraq, bu danışıq baş tutdu”, - deyə klub prezidenti əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.